
Mingəçevirdə avtomobil iki piyadanı vurub.
Metbuat.az oxu.az-a istinadən xəbər verir ki hadisə şəhər ərazisində baş verib.
Şəhər sakini, 1962-ci il təvəllüdlü Elşən Nazim oğlu Həmzəyev özünə məxsus VAZ-2106 markalı avtomobil ilə hərəkətdə olan zaman yolu keçən piyada 1958-ci təvəllüdlü Firəngiz İlyas qızı Əhmədova və 1956-ci il təvəllüdlü Zöhrə Vahıd qızı İsmayılovanı vurub.
Nəticədə F.Əhmədova aldığı xəsarətlərdən ölüb, Z.İsmayılova isə müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

