Türkiyənin Muğla şəhərində 4,5 bal gücündə zəlzələ olub

Baş səhifə

Bakı. Trend:

Bu gün səhər saatlarında Türkiyənin Muğla şəhərinin Ortaca
rayonunda zəlzələ baş verib.

Trend xəbər verir
ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD)
məlumat yayıb.




Zəlzələ saat 05:45-də, 4,5 bal gücündə qeydə alınıb.

Yeraltı təkanlar ətraf rayonlarda da hiss olunub. İlkin məlumata
əsasən, dağıntı və insan itkisi qeydə alınmayıb.