Macarıstanda fövqəladə vəziyyətin müddəti uzadılıb

Baş səhifə

Bakı. Trend:

Macarıstan parlamenti Ukrayna ərazisində müharibənin davam
etməsi ilə əlaqədar fövqəladə vəziyyətin daha 6 ay müddətinə
uzadılmasına dair qərar qəbul edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Qanunverici orqanın saytında canlı yayımlanan səsvermənin
gedişində müvafiq qanun layihəsinin lehinə 127 deputat səs verib,
56 deputat əleyhinə olub.




Qeyd edək ki, Macarıstanın ali qanunvericiliyinə əsasən,
fövqəladə vəziyyət Baş nazir və hökumətə daha geniş səlahiyyətlər
verir. Belə ki, hökumət müəyyən məsələlərlə bağlı parlament
müzakirəsinə çıxarmadan sərəncamlar və fərmanlar verə bilir.

Qeyd edək ki, Macarıstan hökuməti Ukraynadakı hadisələrlə
əlaqədar 2022-ci ilin may ayında 180 günlük fövqəladə vəziyyət elan
edib və o vaxtdan bəri onun müddətini altı dəfə uzadıb.