WhatsApp-da yeni qayda tətbiq edilir

Baş səhifə

Bakı. Trend:

“Meta” şirkəti WhatsApp-da istifadəçi məxfiliyini gücləndirmək
məqsədilə yeni təhlükəsizlik sistemi tətbiq edir.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, istifadəçilərə ardıcıl olaraq cavab almadan mesaj
göndərən şəxslər və şirkətlər müəyyən məhdudiyyətlərlə üzləşəcək.
Yeni sistem spam və reklam mesajlarının qarşısını almağa
yönəlib

Bu funksiya ilk mərhələdə bir neçə ölkədə sınaqdan keçiriləcək
və yalnız çoxlu sayda spam göndərən hesabları əhatə edəcək.