
Bakı. Trend:
“Barselona” Fisnik Aslanini transfer edə bilər.
Trend xəbər verir ki,
insayder Florian Plettenberqin məlumatına görə, kataloniyalılar
“Hoffenhaym”ın bombardirini izləyir və yayda futbolçunun
müqaviləsində göstərilən müəyyən məbləğ qarşılığında onu almağın
mümkün olduğunu bilirlər.
Berlin doğumlu, Kosovo millisində çıxış edən Aslani bir neçə gün
əvvəl Bild nəşrinə verdiyi müsahibədə “Barselona”da oynamağın onun
arzusu olduğunu bildirib. Məlumata görə, o, aparıcı Avropa klubuna
keçməyi planlaşdırır.
Qeyd edək ki, bu mövsüm Aslani Bundesliqada 6 oyunda 4 qol
vurub.

