
Bakı. Trend:
Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanan 2025-ci ilin
birgə tədbirlər planına əsasən, oktyabrın 16-da aparatın
nümayəndələri hərbi hissələrdən birində olublar.
Trend xəbər verir ki, bu barədə Müdafiə
Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nümayəndələr hərbi hissədə şəxsi heyətin təminatı
və məişət şəraiti ilə tanış olub, hərbi qulluqçularla görüşüb,
həmçinin tibb məntəqəsində müalicə alanların sağlamlıq durumları və
onlara göstərilən tibbi xidmətlə maraqlanıblar.
Hərbi qulluqçularla görüşdə insan hüquqlarının qorunması
vəziyyətinin öyrənilməsi və digər mövzularla bağlı söhbətlər
aparılıb, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.

