Sabah hava buludlu olacaq

Baş səhifə

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu
olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir.

Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.




Bildirilib ki, lakin 17-dən 18-nə keçən gecə və səhər bəzi
yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi
əsəcək.

Havanın temperaturu gecə +13 dərəcədən +16 dərəcəyədək, gündüz +19
dərəcədən +22 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 769 mm civə
sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80%,
gündüz 55-60% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,
şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan
xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru əksər
rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir
duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +13 dərəcədən +16 dərəcəyədək, gündüz +18
dərəcədən +23 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən +5
dərəcəyədək, gündüz +5 dərəcədən +9 dərəcəyədək olacaq.