Bakı. Trend:
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi olaraq
amputant futbolunun inkişaf etdirilməsi, minadanzərərçəkənlərə
dəstəyin göstərilməsi, habelə kütləvi idman tədbirləri vasitəsilə
mina təhlükəsinə dair maarifləndirmə işlərinin aparılması sahəsində
artıq bir neçə ildir ki, AFFA və Avropa Amputant Futbol
Federasiyası ilə əməkdaşlıq edirik.
Trend xəbər
verir ki, bu fikirləri Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Amputant
futbolu üzrə Millətlər Liqasının açılış mərasimində çıxışı zamanı
səsləndirib.
O bildirib ki, Azərbaycanın amputant futbolu üzrə milli
komandası ötən illər ərzində bir sıra uğurlara imza atıb, Avropanın
ən güclü 10 komandası sırasında yer alıb:
“Məlumat üçün bildirim ki, Azərbaycan Amputant milli komandası
üzvlərinin 18 nəfəri vətənin müdafiəsi zamanı baş vermiş mina
partlayışları və digər səbəblərdən aldıqları müxtəlif xəsarətlər
nəticəsində əlil olmuş Azərbaycanındəyərli vətəndaşlarıdır”.

