“Armani” şirkətinə bu şəxs baş direktor təyin oluna bilər

Baş səhifə

Bakı. Trend:

Dünyaca məşhur “Armani” brendinin top-meneceri Cuzeppe Marsoççi
moda evinin baş direktoru təyin oluna bilər.

Trend bu barədə
İtaliya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, 62 yaşlı Cuzeppe Marsoççi 20 ildən çoxdur ki,
şirkətdə çalışır. O buna qədər şirkətin Amerika filialına rəhbərlik
edib və daha sonra baş direktorun müavini və qlobal kommersiya
direktoruna kimi karyera yüksəlişinə nail olub.




Təyinatla bağlı xəbərin bu yaxınlarda keçiriləcək direktorlar
şurasının iclasında təsdiqlənəcəyi gözlənilir. Moda evinin
rəsmiləri informasiyanı şərh etməkdən imtina edib.

Qeyd edək ki, “Armani” brendinin təsisçisi Corco Armani
sentyabrın 4-də 91 yaşında vəfat edib.