
Bakı. Trend:
Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) “SOCAR Trading”in
ticarət əməliyyatlarının təmin edilməsində rolu son dərəcə
vacibdir.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu “SOCAR Trading”in Qlobal
Biznesin İnkişafı şöbəsinin rəhbəri Toğrul Köçərli QDTİB-in Bakıda
keçirilən biznes forumunda deyib.
“İlk növbədə, SOCAR artıq Azərbaycanın qeyri-neft sektorunun
inkişafında mühüm rol oynayır. Biz gübrə, polimer və bir sıra digər
məhsullar istehsal edir və ixrac edirik. Lakin açıq desək, neft və
qaz hələ də əsas fəaliyyət istiqamətimiz olaraq qalır. Ticarətin
maliyyələşdirilməsinə gəldikdə isə, məhz bu sahədə QDTİB-in Bakıda
keçirilən biznes forumunda ilə əməkdaşlıq edirik. Ticarətin
maliyyələşdirilməsi biznes üçün bir növ “qidalanma mənbəyi”dir – o,
şirkətin fəaliyyətini davam etdirməsinə və inkişaf etməsinə imkan
yaradır. Bu baxımdan Bankın ticarət əməliyyatlarımızın təmin
edilməsində rolu son dərəcə vacibdir”, – deyə o bildirib.
Toğrul Köçərlinin sözlərinə görə, QDTİB-in Bakıda keçirilən
biznes forumunda Azərbaycanın Mərkəzi Asiyadan yüklərin həm Aralıq
dənizi, həm də Qara dəniz vasitəsilə beynəlxalq bazarlara çıxışını
təmin edən əsas nəqliyyat-logistika qovşağı kimi çıxış etdiyi
regional inteqrasiyanın güclənməsinə töhfə verir.
“SOCAR-ın neft və neft məhsulları üzrə əsas ixrac marşrutu Qara
dənizdən – ixrac infrastrukturumuzun yerləşdiyi Kulevi terminalı
vasitəsilə keçir. Həmin terminallardan keçən yük axınları artıq
Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən maliyyələşdirilir.
Biz həmçinin Bankın təqdim etdiyi kredit xətlərindən SOCAR-a
məxsus, İzmir yaxınlığındakı Aliağada yerləşən STAR neft emalı
zavodu üçün xam neft alışlarının maliyyələşdirilməsində istifadə
edirik. Bundan əlavə, SOCAR Gürcüstanda neft məhsullarının satışı
sektorunda güclü mövqeyə malikdir. Bankın maliyyələşdirməsi bizə
rəqabətqabiliyyətli qiymətləri, tədarükün vaxtında həyata
keçirilməsini və fasiləsizliyini təmin etməyə imkan verir”, – deyə
Toğrul Köçərli vurğulayıb.

