Netanyahu ABŞ-dan maliyyə yardımının dayandırılmasını istəyir

Baş səhifə

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın ölkəsinə göstərdiyi maliyyə yardımından mərhələli şəkildə imtina etmək istədiyini bəyan edib.

“News18”-in məlumatına görə, Netanyahu bildirib ki, İsrail artıq xarici yardımdan asılı olan kiçik iqtisadiyyat deyil.

“ABŞ-ın yardımını dayandırmaq istəyirəm. Bu, sosial müavinət kimidir, buna ehtiyacımız yoxdur. İqtisadiyyatımız artıq kiçik iqtisadiyyat deyil. ABŞ-dan aldığımız ÜDM-in həmin kiçik payını özümüz maliyyələşdirə bilərik. Bu prosesə elə bu ildən başlamaq istəyirəm”, – deyə Baş nazir vurğulayıb.