
Bakı. Trend:
“OpenAI” şirkəti öz payının 5 faizini ABŞ hökumətinə vermək
imkanını müzakirə edib.
“Financial Times” qəzetinin məlumatına görə, “OpenAI” digər
aparıcı süni intellekt inkişafetdiricilərini də oxşar addımı
nəzərdən keçirməyə çağırıb.
Qeyd edək ki, ötən ay ABŞ Prezidenti Donald Tramp
administrasiyanın vətəndaşlara ən böyük süni intellekt
şirkətlərində səhmlərə sahib olmağa imkan verəcək mexanizmləri
araşdırdığını açıqlayıb.
“OpenAI” əvvəllər süni intellekt inkişafetdiricilərinə
investisiya qoyacaq və gəlirin bir hissəsini ictimaiyyətə
paylayacaq milli investisiya fondu yaratmağı təklif etmişdi.
Nəşrin məlumatına görə, “OpenAI” şirkətinin baş direktoru Sem
Altman ABŞ-nin aparıcı süni intellekt şirkətlərinin kapitallarının
5 faizini neft gəlirləri hesabına maliyyələşdirilən və ştat
sakinlərinə illik dividend ödəyən Alyaska Daimi Fonduna bənzər
struktura yatırmağı təklif edib.

