
Bakı. Trend:
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan aparıcı
ticarət tərəfdaşları ilə fəal əməkdaşlığını davam etdirərək beş
ölkədən idxal həcmini artırıb.
Trend Azərbaycan
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan ən
çox Çindən mal idxal edir. Bu ölkədən doqquz ay ərzində təxminən
3,329 milyard ABŞ dolları dəyərində məhsul gətirilib.
İkinci yerdə qərarlaşan Rusiyadan 2,775 milyard dollar
məbləğində mal idxal olunub. Azərbaycana idxal həcminə görə isə
siyahıda üçüncü yerdə Türkiyə gəlir. Bu ölkə Azərbaycana 1,756
milyard dollar dəyərində məhsul ixrac edib. Dördüncü yeri ABŞ
tutur, idxal həcmi 714,3 milyon dollar təşkil edir. İlk beşliyi
ölkəmiziə 859,4 dollar dəyərində mal ixrac etmiş Böyük Britaniya
tamamlayır.
Ötən ilin eyni dövrü ilə müqayisədə, bu ölkələrdən idxal artıb.
Belə ki, Çindən idxal 688 milyon dollar artıb ki, bu 26,1 faiz
artım anlamına gəlir. Rusiya Azərbaycana ixracı 135 milyon dollar
(5,1%), Türkiyə isə 54 milyon dollar (3,2%) artırıb. ABŞ və Böyük
Britaniyadan Azərbaycana ixracda da əhəmiyyətli artım müşahidə
olunub – müvafiq olaraq 103 milyon və 519 milyon dollar artım .
Xüsusilə ötən illə müqayisədə Böyük Britaniyadan idxal nəzərəçarpan
şəkildə – az qala dörd dəfə artıb.

