Azərbaycan və Özbəkistan konservləşdirilmiş məhsulların birgə istehsalını planlaşdırır

Baş səhifə

Daşkənd. Trend:

Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət
Nazirliyinin müavini Xurram Teşabaev Azərbaycanın “NB Holding”
şirkətinin İdarə Heyətinin müavini Vüqar Alipaşayev ilə
görüşüb.

Trend bu barədə
Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət
Nazirliyinə istinadən xəbər verir.

Görüşdə Özbəkistanda konservləşdirilmiş məhsullarının
istehsalının təşkili layihəsinin həyata keçirilməsi müzakirə
olunub. Xüsusi diqqət zavodun tikintisi üçün torpaq sahələrinin
seçiminə, layihələndirməyə, zəruri infrastruktur təminatına və
dövlət dəstəkli tədbirlərə ayrılıb.




Görüşün yekunlarına əsasən, hər iki tərəf əldə olunmuş
razılaşmaların operativ və keyfiyyətli şəkildə icrasına hazır
olduqlarını təsdiqləyib və yeni sənaye əməkdaşlığı istiqamətlərini
inkişaf etdirmək niyyətində olduqlarını ifadə ediblər.

Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində Azərbaycan və
Özbəkistan arasındakı ticarət dövriyyəsi 214,8 milyon dollar təşkil
edib ki, bu da ötən ilin müvafiq dövründəki 69 milyon dollarla
müqayisədə üç dəfə çoxdur.