Bəzi seçki komissiyalarının tərkibində dəyişiklik edilib

Baş səhifə

Bakı.Trend:

Ölkə üzrə bu dairə seçki komissiyalarının tərkibində dəyişiklik
edilib.

Trend xəbər
verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında
qurumun sədr müavini Rövzət Qasımov və MSK katibləri Arifə
Muxtarova və Mikayıl Rəhimov müvafiq qərarları təqdim ediblər.

MSK-nın müvafiq qərarlarına əsasən, 44 saylı Sumqayıt 3-cü,117
saylı Oğuz-Qəbələ-Şəki, 60 saylı Quba-Qusar, 62 saylı Kürdəmir, 65
saylı Salyan-Biləsuvar-Neftçala, 100 saylı
Göygöl-Daşkəsən-Kəlbəcər, 102 saylı Şəmkir şəhər, 76 saylı
Lənkəran-Masallı, 108 saylı Ağstafa seçki dairəsinin dairə seçki
komissiyalarının tərkibində dəyişikliklər edilib.

İclasda Qərarlar ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.