Bakı. Trend:
Böyük Britaniya hökuməti immiqrasiya qaydalarını sərtləşdirərək
2026-cı il yanvarın 8-dən etibarən bəzi miqrantlardan B2
səviyyəsində ingilis dili biliyinə sahib olmağı tələb edəcək.
Trend xəbər verir ki, yeni
qaydalar ali təhsil məzunlarına, həmçinin “Skilled Worker” və
“Scale-up” vizalarına müraciət edən ixtisaslı işçilərə şamil
ediləcək. Hazırda tələb olunan B1 səviyyəsi artıq B2 səviyyəsi ilə
əvəzlənəcək.
Xatırladaq ki, “Skilled Worker” vizası üçün müraciət edən
şəxslər yalnız hökumət tərəfindən təsdiqlənmiş işəgötürənlərdə
işləyə bilər və illik gəlirləri ən azı 41min 700 funt sterlinq və
ya iş növü üçün müəyyən edilmiş bazar dəyəri səviyyəsində
olmalıdır. Bu dəyişikliklər hökumətin immiqrasiyanın miqyasını
azaltmaq və ölkəyə gələnlərin inteqrasiyasını gücləndirmək planının
bir hissəsidir.

