
Bakı. Trend:
Belçikanın ən böyük hava limanı – “Brüssel-Şarleruada” ümumilli
tətil ucbatından bütün hava reysləri təxirə salınıb.
Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.
Hava limanının nümayəndələri bildiriblər ki, personal
çatışmazlığına görə belə bir şəraitdə fəaliyyəti davam etdirmək
mümkün deyil.
Bundan başqa, hökumətin sərt büdcə ixtisarlarına qarşı
başladıılan ümummilli tətil ictimai nəqliyyatın fəaliyyətində də
pozuntulara gətirib çıxarıb.
Qeyd edilir ki, oktyabrın 15-də tətil çərçivəsində on minlərlə
insanın Brüssel küçələrinə axışacağı gözlənilir.

