Netanyahu Trampın Qəzza müharibəsinə son qoymaq planını dəstəkləyib

Baş səhifə

Bakı. Trend:

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald
Trampın Qəzza zolağında hərbi əməliyyatlara son qoymaq planını
dəstəklədiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə Netanyahu Trampla Ağ Evdəki
görüşdən sonra birgə mətbuat konfransı zamanı deyib.

“Qəzzada hərbi məqsədlərimizə cavab verən müharibəni bitirmək
planınızı dəstəkləyirəm. Bu, bütün girovlarımızı İsrailə
qaytaracaq, HƏMAS-ı hərbi potensialından və siyasi üstünlüyündən
məhrum edəcək və Qəzzanın bir daha İsrail üçün təhlükə
yaratmayacağını təmin edəcək”, – deyə B.Netanyahu bildirib.




Baş nazir qeyd edib ki, lakin Fələstinin “HƏMAS” hərəkatı bu
təklifi rədd edərsə və ya sabotaj edərsə, yəhudi dövləti “işi özü
bitirəcək”.

“Əgər HƏMAS planı rədd etsə və ya qəbul etsə, amma mahiyyətcə
ona qarşı çıxmaq üçün mümkün olan hər şeyi etsə, İsrail bu işi özü
bitirəcək”, – deyə baş nazir əlavə edib.