Təhsilə yatırılan investisiyalar strateji baxımdan nəticəyönlü xarakter daşıyır

Baş səhifə

Bakı. Trend:

Təhsilə yatırılan investisiyalar strateji baxımdan nəticəyönlü
xarakter daşıyır.

Trend xəbər verir
ki, bu fikirləri Azərbaycan Respublikasının elm və təhsil nazirinin
müavini İdris İsayev “Azərbaycanın dayanıqlı inkişafı naminə
təhsilə investisiya” mövzusunda keçirilən 7-ci Dayanıqlı İnkişaf
Məqsədləri Dialoqunun açılış mərasimində deyib.

Nazir müavini bildirib ki, təhsilə qoyulan vəsaitlər sadəcə
xərclər deyil, gələcəyə edilən məqsədyönlü sərmayələrdir. Çox
sevindirici haldır ki, ölkəmizdə təhsil sektoru nəticəyönlü
fəaliyyət prinsipləri əsasında inkişaf etdirilən prioritet
sahələrdən biri kimi müəyyən olunub.

İdris İsayev vurğulayıb ki, təhsilə yatırılan vəsaitlər
uzunmüddətli təsirə malikdir və nəticələri zamanla özünü
göstərir:




“Digər sahələrdən fərqli olaraq, təhsilə edilən sərmayələrin
nəticəsini dərhal görmək mümkün deyil. Bu, zaman tələb edən bir
prosesdir. Bu gün əldə etdiyimiz nailiyyətlər 10-15 il əvvəl
təhsilə yatırılan investisiyaların nəticəsidir”.

O əlavə edib ki, dövlət tərəfindən təhsilə davamlı sərmayə
qoyuluşu ölkənin gələcək inkişafını təmin edən əsas
amillərdəndir.