Azərbaycan Basketbol Liqasının II turu başa çatıb

Baş səhifə
Azərbaycan Basketbol Liqasının II turu başa çatıb

Azərbaycan Basketbol Liqasının II turuna yekun vurulub.

“Report”un məlumatına görə, günün ikinci oyununda “Naxçıvan” “Sumqayıt”la üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 103:89.

Günün ilk matçında “Sərhədçi” “Lənkəran”dan üstün olub – 84:70.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Şəki”yə (92:68), “Ordu” “Quba”ya (96:68), “Abşeron Lions” “Gəncə”yə (96:94), “Sabah” isə NTD-yə (133:65) qalib gəlib.