Qəzzanı kim bərpa edəcək?

Baş səhifə

Yaxın Şərqdə münaqişənin başa çatmasından sonra Qəzza sektorunun bərpasına ən böyük iqtisadi töhfəni ərəb ölkələri verəcək.

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində bildirib.

Vensin sözlərinə görə, ABŞ-ın bu prosesdə rolu əsasən diplomatik səviyyədə olacaq:

“Əslində bu, Birləşmiş Ştatlardan böyük resurs tələb etməyəcək. Bizim əsas töhfəmiz daimi nəzarət və diplomatik iştirakdan ibarət olacaq. Qalan maliyyə resursları isə Fars körfəzi ölkələrindən gələcək”, – deyə Vens qeyd edib.

ABŞ rəsmisi əlavə edib ki, ərəb dövlətləri Qəzzanı bərpa etməkdə maraqlıdırlar:

“Onlar istəyirlər ki, Qəzzada yaşayan insanlar təhlükəsiz və rifah içində yaşasınlar”.