DÇ-2026: Türkiyə millisi Bolqarıstanı darmadağın etdi

Baş səhifə

Bakı. Trend:

Dünya Çempionatı-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində
7-ci turun görüşləri davam edir.

Trend xəbər verir ki, DÇ-2026-nın Avropa zonası üzrə seçmə
mərhələsində bu gün 4 qrupda 8 oyun keçirilib.

Türkiyə millisi səfərdə Bolqarıstan yığmasını darmadağın edib.
Qonaqlar 1:6 hesabı ilə qalib gəliblər. Türkiyənin qollarını
A.Gülər (11-ci dəq), V.Popov (49-cu dəq.) (ö.q), K.Yıldız (51-ci
dəq.), (56-cı dəq.), Z.Çelik (65-ci dəq.), İ.C.Kahveci (90+3-cü
dəq.) vurublar. Meydan sahiblərinin heyətində isə R.Kirilov (13-cü
dəq.) fərqlənib.




İspaniya yığması Elçe şəhərindəki “Manuel Martines Valero”
stadionunda Gürcüstanı 2:0 hesabı ilə məğlub edib. 24-cü dəqiqədə
Yeremi Pino hesabı açıb, 64-cü dəqiqədə isə Mikel Oyarsabal fərqi
artırıb. 29-cu dəqiqədə Ferran Torres penalti imkanından yararlana
bilməyib – onun zərbəsini Giorgi Mamardaşvili dəf edib.

Portuqaliya millisi Lissabondakı “Estadio Jose Alvalade”
stadionunda İrlandiyaya qarşı mübarizə aparıb. 75-ci dəqiqədə
Kriştiano Ronaldo penaltidən hesabı açmaq şansını qaçırıb – qapıçı
Kivin Kelleher zərbəni ayağı ilə dəf edib. Oyunun taleyini 90+1-ci
dəqiqədə Ruben Neveşin vurduğu yeganə qol həll edib – 1:0.

17:00 Latviya – Andorra 2:2
20:00 Norveç – İsrail 5:0
20:00 Macarıstan – Ermənistan 2:0
22:45 Serbiya – Albaniya 0:1
22:45 Estoniya – İtaliya 1:3
22:45 Portuqaliya – İrlandiya 1:0
22:45 İspaniya – Gürcüstan 2:0
22:45 Bolqarıstan – Türkiyə 1:6