“İnter Mayami” Neymar ilə maraqlanır

Baş səhifə

Bakı. Trend:

ABŞ klubu “İnter Mayami” Braziliyanın “Santos” komandasının
hücumçusu Neymarın transferi imkanlarını nəzərdən keçirir.

Trend-in “Daily
Mail”ə istinadən verdiyi məlumata görə, hələlik tərəflər arasında
rəsmi danışıqlar başlanmayıb.




Bildirilib ki, mümkün razılaşma 2026-cı ildə ABŞ-d’ keçiriləcək
Dünya Çempionatı ərəfəsində klub üçün strateji baxımdan faydalı ola
bilər.

Məlumata əsasən, “İnter Mayami” həmçinin Lionel Messi və Luis
Suaresin komandada qalması üçün onların müqavilələrini uzatmağı
planlaşdırır. Qeyd edək ki, bu üç futbolçu 2014–2017-ci illərdə “Barselona”nın heyətində çıxış edərək ümumilikdə 364 qol vurub və
173 məhsuldar ötürmə ilə yadda qalıblar.