“Liverpul”un müdafiəçisi Fransa millisindən kənarlaşdırıldı

Baş səhifə

Bakı. Trend:

Fransa milli komandasının heyətində dəyişiklik edilib.

Trend xəbər
verir ki, “Liverpul”un müdafiəçisi İbrahima Konate zədə səbəbindən
yığmanın düşərgəsini tərk edib.




Onu “Marsel”də çıxış edən Benjamin Pavar əvəzləyib.

Qeyd edək ki, Fransa seçməsi oktyabrın 13-də səfərdə
İslandiyanın qonağı olacaq.