Trampla məhsuldar söhbətimiz oldu – Zelenski

Baş səhifə

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimr Zelenski və ABŞ Prezidenti Donald
Tramp telefonla danışıblar.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Trampı Yaxın
Şərq müharibəsinin həll olunması münasibətilə təbrik edib.

Tərəflər həmçinin Ukraynanın hava müdafiəsinin gücləndirilməsi
barədə müzakirələr aparıblar.




Zelenski açıqlamasında bildirib ki, əgər Tramp Yaxın Şərqdə
müharibəni dayandıra bildisə, o zaman Ukraynadakını da mütləq sona
çatdırar.

O, söhbətin çox məhsuldar keçdiyini deyib.