Bakı. Trend:
“Real”ın futbolçusu Vinisius Junior mövsümün sonunda komandadan
ayrıla bilər.
Trend xəbər
verir ki, “kral klubu” braziliyalı vingeri satmaq variantını
nəzərdən keçirir.
“Real” Vinisiusu Səudiyyə Ərəbistanı klublarına satmaq istəyir.
La Liqa nəhəngi 25 yaşlı ön xətt oyunçusunun satışından 250 milyon
avro gəlir əldə etməyi planlaşdırır.
Qeyd edək ki, “Real” Vinisius Junioru 2018-ci ilin yayında “Flamenqo”dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm
Madrid təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 6
qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi
2027-ci ilin yayına kimidir.

