Türkiyə Rusiya ilə yeni atom elektrik stansiyalarının inşasını müzakirə edir

Baş səhifə

Bakı. Trend:

Türkiyə hökuməti Rusiya ilə Qara dəniz sahilində yerləşən Sinop
şəhərində və ölkənin Avropa hissəsindəki Trakiyada səkkiz atom
reaktorunun tikintisi ilə bağlı danışıqlar aparır.

Trend xəbər verir ki, bu
barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan
Bayraktar bildirib.




Nazir xatırladıb ki, hazırda Rusiyanın “Rosatom” dövlət
korporasiyası ilə birlikdə “Akkuyu” Atom Elektrik Stansiyasının
inşası davam edir və layihənin ilk reaktorunun 2026-cı ildə
istismara verilməsi planlaşdırılır.

“Bundan əlavə, Sinop və Trakiya bölgələrində daha səkkiz yeni
reaktorun tikintisinə ehtiyac var. Hazırda bu istiqamətdə
müzakirələr aparılır”, – deyə Bayraktar qeyd edib və “Akkuyu”
layihəsinin tamamlanmasının hələ də əsas prioritet olaraq qaldığını
vurğulayıb.