Dünyada yeni yanaşama və konsepsiyalara ehtiyac var – Qəzənfər Əhmədov

Baş səhifə

Bakı. Trend:

Gün ərzində çox məzmunlu məruzələr və çıxışlar dinlədik. 3 ildir
ki, bu həssas humanitar mövzuya həsr olunmuş konfransa
yığışırıq.

Trend xəbər
verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Qəzənfər
Əhmədov “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin
birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda
keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O, qeyd edib ki, konfrans əməkdaşlıq imkanlarının artırılmasında
yeni üfüqlər açır. Bu konfrans müddətində Bosniya və Hersoqovina
ilə memordum imzalandı:

“Beynəlxalq konfrans həmçinin itkin düşənlərin əzizlərində
onların tapılması ilə bağlı yeni ümid yaradır. İnsanlığın bütün
istirab və azad qorunmasının bir yolu silahlı münaqişələrin
dayandırılmasıdır. Son illər silahlı münaqişələrin artması ciddi
narahatlıq yarandan amildir”.

Q.Əhmədov vurğulayıb ki, 21-ci əsrdə yaşamağımıza baxmayaraq
müharibə cinayətlərinin adi hal alması, mülki insanların vurulması,
humanitar məsələlərin siyasiləşdirilməsi ilə bağlı açıq böhran
yaşanır:

“Dünyada yeni yanaşamalar və konsepsiyalara ehtiyac var. Bu gün
konfransda yekun olaraq bəyanatın layihəsinin qəbulu
planlaşdırılır”.