Aylıq kart dövriyyəsi 10 milyarda çatıb – AMB

Baş səhifə

Bakı. Trend:

Bu ilin ortasına aylıq kart dövriyyəsi 10 milyarda çatıb.

Trend xəbər
verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal
Xəlilov “Baku Fintech Forum 2025″də bildirib.




O qeyd edib ki, bu da kifayət qədər böyük rəqəmdir: “Bu, ölkənin
ümumilikdə nağdsız ödənişlərə keçidinin nümunəsidir. Eyni zamanda
ani ödənişlər sisteminin istifadəsində artımın da şahidi oluruq.
Son il ərzində milli ödəniş sisteminin həcminin 10%-ni ani
ödənişlər sisteminə keçirməyə nail olduq. Bu rəqəmi daha da
artırmağı düşünürük”.