Azərbaycan və Gürcüstan hərbi sahədə əməkdaşlığı gücləndirir

Baş səhifə

Gürcüstan Müdafiə Nazirliyinin nümayəndə heyəti “PUA sahəsində təcrübə mübadiləsi” çərçivəsində Azərbaycana səfər edib.

Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə gürcüstanlı qonaqlara Azərbaycan Ordusunda PUA-ların fəaliyyəti, döyüş əməliyyatlarında tətbiqi, döyüş uçuşunun təşkili və PUA-ların inkişaf tendensiyası mövzularında brifinq təqdim olunub.

Sonda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb, təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin əhəmiyyəti xüsusi olaraq qeyd edilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.