Süni intellekt həyatın ayrılmaz hissəsinə çevrilib. Bu, ayrıca elm deyil, sahədir.
“Report” xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Asəf Hacıyev oktyabrın 7-də Milli Məclisdə keçirilən qurumun Sosial və Humanitar Siyasət Komitəsinin süni intellektə həsr olunan 65-ci iclasının açılışında deyib.
Onun sözlərinə görə, bütün elmlərin sintezi nəticəsində ortaya süni intellekt çıxıb:
“Düzdür, həyatımızı asanlaşdıran bu anlayış problemlər də yaradır. Bu, insan həyatına da təhlükə yarada bilər. Ona görə də QDİƏT-in hər üç komitəsində süni intellekt müzakirə olunacaq”.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

