
Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 7 milyon 156 min 851 sərnişin daşınıb.
Metbuat.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki bu, ötən ilin 9 ayı ilə müqayisədə 19,5 % çoxdur.
Bu ilin sentyabr ayında ümumi sərnişindaşıma göstəricisi isə keçən ilin müvafiq dövrünün nəticələrini 17 % üstələyib. Ötən ay ərzində ADY ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 944 min sərnişin daşınıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

