
Zaporojye Atom Elektrik Stansiyası yaxınlığında artilleriya səsləri eşidilib.
APA xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin “X” səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, iki artilleriya mərmisi AES-in 1.25 kilometrliyinə düşüb.
AEBA atışmanın nüvə təhlükəsizliyini təhdidə məruz qoyduğunu bildirib.

