
Bakı.Trend:
Şabran rayonunun Şahnəzərli kəndində 1 nəfərin həyatını itirməsi
ilə nəticələnən qəza baş verib.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat
verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Şabran
rayonunun Şahnəzərli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi
və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil
olub:
“Məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə
qüvvələri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki,
“Mercedes” markalı minik avtomobili idarəetməni itirərək ağaca
çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb”.
Qeyd edilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq
xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə
tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən
1 nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil
verilib.

