
Bakı.Trend:
“Azərbaycan Dəmir Yolları” QSC Abşeron dairəvi dəmiryol marşrutu
üzrə Dərnəgül stansiyasının inşası davam etdirilir.
Bu barədə ADY-dən Trend-in sorğusuna əsasən bildirilib.
Qeyd edilib ki, tikinti işləri çərçivəsində 2 turniket
binasının, 1 piyada keçidinin, 4 ədəd platforma inşa olunacaq.
“Hazırda ərazidə platformaların tikintisi və qazma işləri davam
etdirilir. Tikinti işlərinin ilin sonuna qədər başa çatdırılması
gözlənilir”.
Həmçinin vurğulanıb ki, Dərnəgül ərazisində eyniadlı stansiyanın
tikintisində məqsəd sərnişin daşımalarının səmərəliliyini
artırmaqla yanaşı, Abşeron dairəvi marşrutu üzrə nəqliyyat
xidmətlərinin daha geniş əhali təbəqəsi üçün əlçatanlığını təmin
etməkdir.

