Bu ilin birinci rübündə 367 nəfər Avropadan Azərbaycana geri qaytarılıb

Baş səhifə
Bu ilin birinci rübündə 367 nəfər Avropadan Azərbaycana geri qaytarılıb

Bu ilin yanvar-mart aylarında 367 nəfər Avropadan Azərbaycana geri qaytarılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən ay 75 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.

Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.