Bakı. Trend:
Həftəsonu Almaniyanın bir sıra əyalətlərini əhatə edən “Detlef”
qasırğası ciddi fəsadlar yaradıb.
Trend xəbər verir
ki, Baden-Vürttemberq əyalətində ağacın mikroavtobusun üzərinə
aşması nəticəsində iki nəfər ağır xəsarət alıb.
Raynland-Pfalts əyalətində isə güclü külək bir nəfərin xəsarət
almasına səbəb olub. Şimali Reyn-Vestfaliya əyalətində də ağacların
aşması sakinlər üçün çətinliklər yaradıb.
Qasırğa Şimal dənizi sahillərində suyun səviyyəsinin kəskin
yüksəlməsinə səbəb olub və daşqın təhlükəsi barədə xəbərdarlıq
edilib. Hamburgda Elba çayının sahilində bəzi ərazilər su altında
qalıb, güclü külək suyu şəhərin mərkəzinə doğru yönəldib.
Şlezviq-Holştayn əyalətində isə gəmilərin hərəkətində ciddi
çətinliklər yaranıb, bəzi reyslər tamamilə ləğv olunub. Şimal
dənizi adalarında bir sıra çimərliklərdə qum və torpaq kütlələrinin
yuyulması nəticəsində bir neçə metrlik uçqunlar meydana çıxıb.
Qasırğanın bazar ertəsi zəifləyəcəyi bildirilir.

