Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov xəstəxanaya yerləşdirilib.
Metbuat.az xəbər verir ki, bu barədə “Report”a teatrdan məlumat verilib.
Onun hazırda Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə aldığı və vəziyyətinin ağır olduğu bildirilib.
Qeyd edək ki, Əməkdar artist onkoloji xəstəlikdən əziyyət çəkir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

