ABŞ Yaxın Şərqdəki hərbi kontingentini azalda bilər

Baş səhifə

Bakı. Trend:

ABŞ ilə İran arasında silahlı qarşıdurmanın başa çatdırılmasına
yönəlmiş yekun razılaşmalar çərçivəsində Yaxın Şərqdə
yerləşdirilmiş Amerika hərbçilərinin sayının azaldılması məsələsi
də nəzərdən keçirilə bilər.

Bunu ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi
tərəflər arasında anlaşma memorandumunun imzalanmasına münasibət
bildirərkən deyib.

Rəsmisinin sözlərinə əsasən, Vaşinqton və Tehran arasında
nəzərdə tutulan 60 günlük danışıqlar müddətində ABŞ bölgədə artan
gərginlik səbəbindən yerləşdirdiyi əlavə qüvvə və texniki
resursları geri çəkməyi planlaşdırmır. O, həmçinin qeyd edib ki,
Vaşinqton İranın üzərinə götürdüyü öhdəliklərə əməl edəcəyinə ümid
edir.




Bildirilib ki, belə addımların atılması İranın müəyyən
güzəştlərə getməsindən, o cümlədən nüvə proqramının bəzi
elementlərindən imtina etməsindən asılı olacaq.

Xatırladaq ki, daha əvvəl ABŞ, İran və Pakistan Yaxın Şərqdə
hərbi əməliyyatların dayandırılmasına yönəlmiş razılaşmanı
təsdiqləyiblər. Yekun sənədin iyunun 19-da Cenevrədə imzalanacağı
gözlənilir.