Qəzza münaqişəsinin həlli ilə bağlı danışıqların vaxtı və məkanı bəlli olub

Baş səhifə

Bakı. Trend:

Qəzza zolağında davam edən münaqişəsinin həlli ilə bağlı ABŞ və
İsraildən olan nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar
oktyabrın 5-də Misirdə keçiriləcək.

Trend xəbər verir
ki, bu barədə İsrail KİV məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi
Stiv Uitkoff artıq Misirə yollanıb. Danışıqlarda eyni zamanda, ABŞ
nümayəndə heyətində Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşnerin də yer
alacağı bildirilir. O Qəzza zolağında münaqişənin nizamlanması ilə
bağlı planı tərtibatçılarından biridir.




İsraildən olan nümayəndə heyətinə isə baş nazir Binyamin
Netanyahunun səlahiyyəti vəkili – İsrailin strateji planlaşdırma
naziri Ron Dermerin başçılıq edəcəyi söylənilir.

Qeyd edək ki, oktyabrın 3-də HƏMAS hərəkatı Trampın irəli
sürdüyü plan əsasında bütün girovları azad etməyə hazır olduğunu
bildirib. Eyni zamanda HƏMAS Qəzza zolağının idarəçiliyinin
fələstinli texnokratlardan ibarət müstəqil hakimiyyət orqanına
təhvil verilməsinə razı olub.