
Bərdə. Trend:
Bərdədə avtomobil kanala düşüb.
Trend
xəbər verir ki, hadisə Qarabağ kanalının Bərdə rayon Bala Ərəblər
kəndi ərazisindən keçən hissəsində baş verib.
Hadisə yerinə FHN -nin Qarabağ regional idarəsinin Xilasedici
qrupu çağrılıb.
Hazırda avtomobilin sürücüsünün kimliyi, xəsarət alanların
olub-olmadığı araşdırılır.

