ABŞ ordusu 300 ən qabaqcıl qırıcı ilə təchiz olunacaq

Baş səhifə

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Lockheed Martin” hərbi sənaye
şirkəti ilə ordunun ən yeni 5-ci nəsil F-35 qırıcıları ilə təchiz
olunması barədə müqavilə bağlayıb.

Trend bu barədə
“Defense News”a istinadən xəbər verir.




Müqavilənin büdcəsi 12,5 milyard ABŞ dollarına yaxındır.
18-19-cu partiyalarda 148 qırıcının tədarükü nəzərdə tutulub.
Təchizat prosesinin 2026-cı ildən başlayacağı bildirilir.