
Bakı. Trend:
Ukrayna Nikaraqua ilə diplomatik əlaqələri kəsib.
Trend-in
məlumatına görə, bu barədə ölkənin xarici işlər naziri Andrey
Sıbiqa sosial şəbəkədəki səhifəsində məlumat verib.
O qeyd edib ki, qərar Mərkəzi Amerika ölkəsinin Rusiyanın yeni
regionlarını tanımasından sonra verilib.

