Xocavənddə 50 evin təmirinə 2,9 milyon manat ayrıldı

Baş səhifə

Bakı. Trend:

Xocavənd şəhərində fərdi yaşayış evlərində (50 ev, 8415 m2)
təmir işlərinin aparılmasına başlanılır.

Trend-in
məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,
Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işlərə
yekun vurub.

Qurum sözügedən işlərin icrasını “Az-Caspian Construction”
Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə
bağlayıb.




Müqaviləyə əsasən, şirkətə 2,9 milyon manat ödənilib.

Qeyd olunan işləri icra edəcək “Az-Caspian Construction” MMC
2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20
manat olan şirkətin qanuni təmsilçisi İbadov Rəşad Əsəd
oğludur.