Ankara və İrəvan sosial sahədə təcrübə mübadiləsinə hazır olduqlarını bəyan edib

Baş səhifə
Region

  • 30 sentyabr, 2025
  • 17:07
Ankara və İrəvan sosial sahədə təcrübə mübadiləsinə hazır olduqlarını bəyan edib

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan ilə görüş keçirib.

“Report”un “Sputnik-Armenia”ya istinadən məlumatına görə, M.Özdemir və A.Torosyanın görüşü Serbiyada beynəlxalq konfrans çərçivəsində baş tutub.

Görüş zamanı tərəflər Ermənistan və Türkiyənin sahə üzrə prioritetlərini müzakirə ediblər. Onlar həmçinin ölkələr arasında münasibətlərin normallaşması prosesini müzakirə edərək təcrübə mübadiləsinə hazır olduqlarını bəyan ediblər.