ABŞ Cənubi Koreyada “səma qatili” dronlarını yerləşdirir

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Cənubi Koreyada yerləşən 7-ci Hava Qüvvələri
Komandanlığı “səma qatili” ləqəbi ilə tanınan MQ-9 “Riper”
çoxfunksiyalı pilotsuz uçuş aparatlarının (PUA) yarımadada daimi
yerləşdirilməsini rəsmi olaraq təsdiqləyib.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, ABŞ tərəfi Kunsan aviabazasında yeni bölmənin –
MQ-9 aparatları ilə tam təchiz edilmiş 431-ci Ekspedisiya Kəşfiyyat
Batalyonunun yaradıldığını açıqlayıb.

Qeyd edilir ki, yeni dronlar Şimali Koreyanı izləmək, həmçinin
Çinin fəaliyyəti ilə əlaqədar olaraq Sarı dəniz akvatoriyasında
nəzarəti gücləndirmək üçün istifadə ediləcək.