Bakı. Trend:
İsrail qüvvələri Qəzza şəhərinin böyük hissəsinə nəzarəti ələ
keçirib.
Trend-in məlumatına görə, bu barədə “The Jerusalem Post” qəzeti
mənbələrə istinadən xəbər verib.
“İsrail Müdafiə Ordusu (ÇAXAL) Qəzza şəhərinin yarısından çoxuna
nəzarət edir və 800 min sakin bölgəni tərk edib”, – deyə
bildirilib.
Məlumatda deyilib ki, son günlər İsrail ordusu Qəzza şəhərinə
hücumlarının əhatə dairəsini genişləndirib.

