Fərdi
- 26 sentyabr, 2025
- 14:36
Bakıda keçirilən yeniyetmələr arasında fiqurlu konkisermə üzrə Qran-pri turnirində buz üstündə sərbəst rəqs proqramının finalı baş tutub.
“Report”un məlumatına görə, yarışda 13 ölkədən 15 cütlük mübarizə aparıb.
Fransalı Ambre Perrier Gianesini və Samuel Blanc Klaperman cütlüyü 162.21 xalla qızıl medal qazanıblar.
Zoe Bianchi və Daniel Basile (İtaliya) tandemi 149.64 xalla 2-ci, Summer Homick və Nicholas Buelow (Kanada) cütü isə 142.38 xalla 3-cü yeri tutub.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

