Azərbaycan nefti bahalaşıb

Baş səhifə

Bakı. Trend:

İtaliyanın Augusta limanında Azərbaycanın “Azeri Light” markalı
neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə
0,29 ABŞ dolları və ya 0,40% artaraq, 72,43 dollar/barel təşkil
edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri
Light” markalı neftin bir barelinin qiyməti 0,29 dollar və ya 0,41%
bahalaşaraq 70,89 dollar təşkil edib.




URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə
müqayisədə 0,01 dollar və ya 0,02% azalaraq, 58,13 dollar/barelə
bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir
barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,76 dollar və
ya 1,09% artaraq 70,54 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin
orta qiyməti 70 ABŞ dollarından hesablanıb.