“Nizami” və “28 may” stansiyaları arasında hərəkət müvəqqəti dayandırılacaq

Baş səhifə

Bakı.Trend:

Xətlərin ayrılması layihəsinin tərkib hissəsində olan hər iki
tunelin inşası zamanı “Nizami” və “28 may” stansiyaları arasında
hərəkət müvəqqəti dayandırılacaq.

Trend xəbər
verir ki, bunu Metropolitendə departament rəhbəri Məmməd Rzayev
jurnalistlərə açıqlamasında deyib.




Departament rəhbəri qeyd edib ki, dayanma müddətinin uzun
olmaması məqsədilə işlərin belə planlaşdırdıq ki, “28 may
stansiyasının ərazisində iki ədəd yanaşma tunelinin inşasını önə
salınsın və bununla da tunellərin inşası prosesində mümkün qədər
qısa müddətdə hərəkətin daynamasına səbəb olsun.

“Hazırda 2 saylı şaxtada suvayvurma işlərinə başlanılıb. Eyni
zamanda həmin ərazidə daha öncədən kommunikasiya işlərinin
köçürülməsi tamamlanıb. 1 saylı şaxtanın ərazisi hasara alınıb və
kommunikasiya xətlərinin köçürülməsi prosesi davam edir”,- ndeyə
əlavə edib.